Kateqoriyasız

“Sabah”dan yeni transfer

“Sabah” yeni transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Xorvatiyanın “Qoritsa” klubunun dayaq yarımmüdafiəçisi Mario Marinanı transfer edib. Bu barədə Velika-Qoritsa təmsilçisinin saytı məlumat yayıb.

Xəbərdə 30 yaşlı yarımmüdafiəçinin 3,5 il sonra komandadan ayrıldığı və “Sabah”a transfer olduğu qeyd edilib. Transferin detalları isə açıqlanmayıb.

Xorvatiya və Bosniya və Herseqovina vətəndaşlığı olan Mario bu mövsümdə Xorvatiya çempionatında 13 oyun keçirib. O, Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” klublarında oynayıb.

Xorvatiya mətbuatı “Sabah”ın bu keçid üçün 250 min avro təzminat ödədiyini yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43