İdman

“Sabah”ın bütün rəqibləri müəyyənləşdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb (1:1). Komanda təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43