Ölkə futbolu

“Sabah”ın gözü belçikalı futbolçuda – Danışıqlar başladı

“Qəbələ”nin futbolçusu Əyyub Allaş mövsüm sonu klubdan ayrılacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, belçikalı oyunçu “Sabah”ın maraq dairəsindədir. “Bayquşlar” yanvarda Allaşı heyətinə qatmaq istəsə də, bölgə klubunun yüksək təzminat tələbi səbəbindən transferdən vaz keçmişdi.

Yayda “qırmızı-qaralar”la müqaviləsi bitən yarımmüdafiəçi növbəti mövsüm böyük ehtimalla I Liqada çıxış edəcək “Qəbələ”də qalmayacaq. “Qırmızı-qaralar”da aylıq 9-10 min dollar arası qazanan 26 yaşlı futbolçu daha yüksək maaşlı sözləşmə bağlamaq niyyətindədir. 

Allaş cari mövsüm “Qəbələ”də 29 oyunda 2 qol vurub, 7 assist edib.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43