Ölkə futbolu

“Sabah”ın hücumçusu məşqçi lisenziyası aldı

“Sabah”ın hücumçusu Marko Deviç UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını alıb.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, o, noyabrın 11-dən 16-dək Ukrayna Futbol Federasiyasının Lisenziyalaşdırma Mərkəzində keçirilən təlimin son sessiyasında iştirak edib və imtahanlardan uğurla keçib.

Qeyd edək ki, 35 yaşlı serbiyalı hücumçu mövsümün əvvəlindən “Sabah”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43