Kateqoriyasız

“Sabah”ın ilk rəqibi müəyyənləşdi

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib.

Qəsəbə klubu toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də baş tutacaq.

“Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43