Kateqoriyasız

“Sabah”ın legioneri üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləm “Sabah” – “Qəbələ” oyunu (1:0) meydan sahiblərinin müdafiəçisi Filip İvanoviç üçün əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı futbolçu “Sabah”ın heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudur (55 oyun).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43