Kateqoriyasız

“Sabah”ın növbəti rəqibi bilindi

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində keçirəcəyi növbəti yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 19-da keçiriləcək.

“Kaysar” son mövsümdə Qazaxıstan Premyer Liqasında 6-cı yeri tutub və ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, “Sabah” yanvarın 11-də Macarıstan təmsilçisi “Pakş”la, yanvarın 15-də isə Rumıniyanın “Akademika Klinçeni” klubu ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43