Ölkə futbolu

“Sabah”ın qapıçısının milliyə yolunu kim kəsdi?

“Sabah”ın qapıçısı Yusif İmanovun Azərbaycan millisinə dəvət edilməməsinin səbəbi bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yığmanın qapıçılar üzrə məşqçisi Kamran Ağayev gənc qolkiper barədə baş məşqçi Arif Əsədova mənfi rəy bildirib. O, İmanovun performansının milli üçün yetərlə olmadığını qeyd edib.

“Sabah”ın üzvü Canni de Byazinin vaxtında yığmaya dəvət alsa da, onun Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Avstriyaya qarşı oyunu bəyənilməyib. Həmin görüşdə Azərbaycan komandası 1:4 hesabı ilə məğlub olub.

Məhz bu qarşılaşmadan sonra Kamran Ağayev Yusif İmanovun yığmaya layiq olmadığını bildirib.

Bu səbəbdən də futbolçu FİFA yoldaşlıq görüşləri çərçivəsində keçirilən Qazaxıstan və Albaniya oyunları ilə yanaşı, Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində baş tutan Monqolustanla Bolqarıstan matçlarında da yığmaya dəvət edilməyib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43