Kateqoriyasız

“O, çox insanın haqqına girdi” – “Sabah”ın sabiq üzvü

“Sabah”ın sabiq futbolçusu Tərzin Cahangirov bu gün istefaya göndərilən komandanın baş məşqçisi Elşad Əhmədov haqda maraqlı məqamlara toxunub.

İdmanxeber.az-ın məlumatına görə, Cahangirov sosial şəbəkədəki paylaşımında E.Əhmədovun ona qarşı etdiyi haqsızlıqlardan, eləcə də, bəzi məsələlərə toxunub.

Həmin paylaşımı sizə ixtisarla təqdim edirik:

“Bir il oynadığım klub haqda danışacam. “Sabah” – “Qəbələ” oyununda haqq öz yerini tapdı. Sən (red-Elşad Əhmədovu nəzərdə tutur) çox insanın haqqına girdin, ayrı seçkilik saldın. Və haqq öz yerini tapdı. Sənin işdən çıxmağına yox, haqqın yerini tapdığına sevinirəm. Bundan sonra işlədiyin yerdə Allahı fikirləşib işləyəcəksən”.

Qeyd edək ki, “Sabah” hazırda 2 xalla sonuncu pillədədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43