Kateqoriyasız

“Sabahkı oyun bizim üçün vacibdi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü turunun “Kayrat”la matçından əvvəl mətbuat konfransında çıxış edib.

İdmanxeber.az-ın məlumatımna görə, təcrübəli mütəxəssis Almatı klubuna qarşı keçiriləcək oyun haqda bunları deyib:

“Oyuna ciddi yanaşırıq. Məsuliyyət daha da böyüyür. Nəticə çox vacibdi. Çünki hazırkı mərhələdə istənilən xal vacibdi. Gördüyüm qədərilə rəqib də oyuna ciddi yanaşır. “Kayrat”ın “Bazel”lə oyununa baxmaışam. Hesab aldadıcı ola bilər, oyun fərqli alınmışdı. Hətta “Kayrat” 0:4-dən sonra hesabı da bərabərləşdirə bilərdi. Onların heyətində təcrübəli oyunçular yetəri qədərdi. Hücum potensialları yüksəkdi. Qalib gəlmək istəyirik. İstəyimiz yetərincədi. Qələbə üçün əlimizdən gələni edəcəyik. Futbolçularıma inanıram.

– Sabahkı oyun “Bazel”lə matçdakı kimi eyni tempdə keçəcək, yoxsa daha səbrlə oynayacaqsınız?
– Onların futbolu fərqlidi. “Kayrat” yaxşı müdafiə olunub, cəld əks-hücuma çıxır. Müdafiədə diqqətli olmalıyıq. Səbrli olub, tələsməməyə çalışacağıq. Hər saniyə oyuna konsentrasiyalı olmalıyıq. Oyunun tempini yüksəltməyə çalışacağıq.

– Kurban Berdıyevin futbolumuzu bilməsi işinizi çətinləşdirir?
– Həmkarıma hörmətlə yanaşıram. Onun Rusiyada uğurlu karyerası olub, böyük təcrübəsi var. Berdıyevlə şəxsi tanışlığım yoxdu. Amma eşitmişəm ki, o, heç bir oyuna qeyri-ciddi yanaşmır. Hansı komanda ilə oynayırlarsa-oynasınlar onun üçün vacib görüş olur. Təcrübəli məşqçinin komandasına qarşı oynayacağıq. Diqqətli olmalıyıq.

– Nəyə görə son məşqi Tofiq Bəhramov stadionunda keçirmədiniz?
– Meydança pis görünmür. Hər 2 komanda burada məşq edərsə, qazon yaxşı durumda olmaya bilər. Qazon daha da yaxşılaşır. Açığı, bu qədər yaxşı olacağını gözləmirdim. Hələ tam hazır deyil.

– Həftəsonu “Kayrat”ın “Astana” ilə prinsipial oyunu var…
– Düşünmürəm ki, onlar hazırda bu oyun haqda fikirləşsin. Çünki futbolda belə şeylər qalmayıb. Əslində, onlar üçün çempionluq şansı qalmadığından, “Astana” matçı o qədər də önəmli deyil. Sabahkı oyun bizim üçün də, “Kayrat” üçün də vacibdi.

– “Qarabağ”ın bu mövsüm məğlub olmaması komandada təzyiq yaradır?
– Bu məni narahat edir. Bir tərəfdən sevinirəm, komandamız haqda xoş sözlər eşidirəm. Amma bəzi məqamlar komandaya təzyiq edir. Nə vaxt uduzacağımızı düşünməyə başlayırlar. Bu barədə nə qədər çox yazsalar, bizə təsir edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43