l Divizion

Şaban Şirdanov: “Bu, onun şəxsi fikridi”

Bu gün Azərbaycan I divizionunun 24-cü turunda “Zaqatala” doğma meydanda “Səbail”lə 1:1 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov oyun haqqlnda fikirlərini bildirib:

“Nəzəri cəhətdən 2-ci yer tutmaq şansımız qalmışdı. Bu matç bizimçün böyük əhəmiyyət kəsb edirdi. İkinci yarıda yaxşı oynadıq. Xeyli qol şansı qaçırdıq. İlk yarıda həll edə bilərdik. Amma ikinci hissədə zəif oynadıq. Komanda sonlara yaxın yoruldu. Rəqib bir 100 faizlik imkanından yararlandı. Real qol vəziyyətləri bizdə çox oldu, amma istifadə edə bilmədik. Həm də zədəlilərimiz var. Bu da oyunumuza ciddi təsir etdi. Rəqibin elə də çox ciddi təhlükəli vəziyyətləri olmadı. Sadəcə “Səbail” usta futbolçulardan təşkil olunub. Onlar bir real qol vəziyyətindən yararlanırlar. Dediyim kimi, ilk hissədə ən azı 2-3 qol vurmalıydıq. İndi hesabla bağlı hansısa söz-söhbət olmazdı. Elman Sultanov deyir ki, “Səbail” bizdən güclü komandadı? Bu   ,  onun şəxsi fikridi. Fərdi ustalıq baxımından “Səbail” bizdən yaxşı komanda ola bilər. Amma oyun cəhətdən biz yaxşı oynayırıq. Çətin ki, ilk yarıdan sonra Sultanov “Səbail”in bizdən güclü olduğunu düşünürdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43