Dünya futbolu

Sabiq baş nazir Mesut Özilden danışıb

Şröder Mesuta dəstək olub

Almaniyanın sabiq baş naziri Gerhad Şröder Mesut Özilin milli komandasından getməsindən danışıb. O, türk əsilli futbolçuya dəstək olunmadığını qeyd edib. Şröder “Mesut Özilin atası fəhlə, anası xadimə olub. O, zənginlik içərisində böyümüş biri deyildi. Sırf prezidenti ilə şəkil çəkdirdiyinə görə bir adama bu qədər təzyiq edilərmi? Düşünürəm ki, bu mövzu həddindən artıq böyüdüldü” deyə bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43