20 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Beşiktaş”lı “Qalatasaray”a keçir

”Qalatasaray” Rıdvan Yılmaz transferini bitirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 22 yaşlı cinah müdafiəçisini mövsümün sonuna qədər “Reyncers”dən icarəyə götürəcək.

Rıdvan 2022-ci ilin yayında “Beşiktaş”dan “Reyncers”ə transfer olunub. O, bu mövsüm 14 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43