İngiltərənin “Luton Taun” klubu yarımmüdafiəçi Viktor Mosesi transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı nigeriyalı ilə müqavilə bir illikdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 1 milyon avro qiymətləndirir.
Futbolçu “Spartak”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda idi.
Yarımmüdafiəçi 2020-ci ilin oktyabrında “Çelsi”dən Rusiya klubuna keçib. Bu müddət ərzində o, “qırmızı-ağ”ların heyətində 84 oyun keçirib, bu matçlarda 10 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.