Ölkə futbolu

Sabiq “İnter”li: “Azərbaycanlılar himnlərini bilmirlər”

Bakı "İnter"inin sabiq çexiyalı futbolçusu Bronislav Çervenka "Viktoriya"nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Qarabağ"ı dəyərləndirib.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, sabiq futbolçu təmsilçimizdən geniş söhbət açıb:

"Viktoriya"nı heç də asan oyun gözləmir. Bakıda hava rütubətli olur. Gəzinti üçün əla yerdir, lakin temperatur 30 dərəcədən çox olur. Adicə isinmə hərəkətlərindən sonra köynəyinizi sıxsanız tər axacaq. 20 dəqiqə sonra isə köynəyiniz bədəninizə yapışacaq və siz özünüzü sanki hovuzda hiss edəcəksiniz. 

Oradakı insanlar himnlərin bilmirlər, lakin hər xırda şeyə reaksiya göstərirlər. Ev sahibləri olduqları üçün "Qarabağ" coşğulu alqışlar altında mübarizə aparacaq. Azərbaycan üçün Dağlıq Qarabağ məsələsi ölüm-dirim mübarizəsi kimi bir şeydir. 2011-ci ildə "Birlik kuboku"nda Ermənistan klubu "Mika" ilə qarşılaşdıq. Onlara uduzsaydıq, bizim üçün pis olacaqdı. Lakin biz 4:0 qalib gəldik. Minnətdarlıq ifadəsi kimi bizi ölkə prezidenti İlham Əliyev sarayında qəbul etmişdi.

"Viktoriya"nın növbəti mərhələyə keçməsi tamamilə mümkünsüzdür deməzdim. Ola bilsin ki, "Viktoriya" rəqibi layiqincə qiymətləndirməsin. Unutmamaq lazımdır ki, "Qarabağ" meydanda döyüşərək ürəyini qoyur"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43