Ölkə futbolu

Sabiq “Neftçi”lidən etiraz: “Bunun hesabını verəcəklər”

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun istefasına klubun idman direktoru Güloğlan Cabbarov münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun sabiq rəisi “facebook” səhifəsində bu statusu yazıb:

“Tahir Süleymanovun AFFA-nın əsassız yerə “Neftçi”ni 20 min manat cərimələnməsi üzündən istefası Azərbaycan futboluna qara ləkədir. Bu qərəzli insanlar gec-tez bunun hesabını verəcəklər. Bir futbol adamının bu səviyyədə aşağılanması qəbuledilməzdir. Buna görə, AFFA rəhbərliyinin bu məsələni daha dərindən incələməsinin və məsələyə obyektiv münasibət göstərməsini arzu edirəm. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq. Tahir Süleymanov futbol adamıdır və futboldan başqa gedəcək yeri yoxdu. Bu gün onu bu istefaya qərəzli şəkildə sürükləyənlər bilsinlər ki, biz “Neftçi”də başda Sadıq Sadıqov olmaqla, tarix yazmışıq və bəzi kabinetində oturub harınlayan insanlardan çox-çox işlər görmüşük. Bizə bu görəvi verən rəhbərliyimizə sədaqətlə qulluq etmişik. Bəziləri bizim gördüyümüz işləri 20 ilə bacara bilməyəcək, buna əminəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43