Dünya futbolu

Sabiq PSJ-li “Barselona”ya keçə bilər

“Roma”nın və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes “Barselona”nın futbolçusu ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin İtaliya komandası ilə müqaviləsinin bitməsinə bir il var. Ancaq Kataloniya klubu futbolunu heyətinə qatmaqda israrlıdı.

Ötən mövsüm A Seriyasında 30 yaşlı futbolçu “Roma”nın heyətində 34 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

2017-2019-cu illərdə Paredes “Zenit”də çıxış edib, bundan sonra PSJ ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43