16 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Qalatasaray”lı Qətərə transfer oldu

Yunes Belhanda karyerasını Qətərdə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Əl-Şamal”a transfer olunub.

Belhanda 2017-ci ildən bəri Türkiyədə çıxış edirdi. O, 4 il “Qalatasaray”da, 2.5 il “Adana Demirspor”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43