Dünya futbolu

Sabiq “Qarabağ”lı bir ayda iki klub dəyişdi

“Qarabağ”ın sabiq üzvü Çumbinyo klubunu dəyişib. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Yarımmüdafiəçi bu yaxınlarda Paulista Seria A2-də çıxış edən “İnter de Limeyra” ilə müqavilə bağlansa da, C seriyasında mübarizə aparan “Yuventude” ilə razılığa gəlib. Çumbinyo “İnter de Limeyra”da keçirdiyi 3 oyunda 1 qol vura bilib.

Çumbinyo “İnter de Limeyra”ya ötən ay Yunanıstan klubu “Levadiakos”dan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43