Dünya futbolu

Sabiq “Qarabağ”lı İtaliya klubunda

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliya B seriyasında çıxış edən “Palermo”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb. 27 yaşlı forvardın “Palermo” ilə 4 illik müqavilə bağladığı da bildirilir.

Qeyd edək ki, ötən mövsüm “Herakles”də çıxış edən isveçli futbolçu Hollandiya çempionatında 19 qol vurub. 2015/2016 mövsümündə “Qarabağ”da oynayan Armenteros 23 oyuna 7 dəfə rəib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43