Dünyadan

Sabiq “Qarabağ”lı: “İtaliya və Azərbaycanda bu problemlə üzləşdim”

Mövsümün əvvəlində “Qarabağ”a transfer olunan və daha sonra anasının xəstəliyini bəhanə gətirərək klubdan ayrılan Emeqara mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, hal-hazırda ABŞ-ın  “San Xose Ertkveyks” klubunun şərəfini qoruyan isveçrəli futbolçu bu fikirləri səsləndirib:

“Bir çox ölkələrdə futbol oynamışam. İsveçrə,  Fransa, İtaliya və Azərbaycan çempionatında çıxış etmişəm. ABŞ-da isə futbol fərqlidir.

İndiyə qədər çıxış etdiyim ölkələrdə dil baxımından əziyyət çəkirdim. İtaliya və Azərbaycanda bu problemlə üzləşdim. Burada isə heç bir problem olmayacaq. Çıxış etdiyin ölkənin dilini anlamaq çox vacibdir. Onu da deyim ki, yeni klubumda hamı çox mehribandır. Bu baxımdan da  “San Xose Ertkveyks” Avropa klublarından fərqlənir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43