21 Oktyabr 2020
Kateqoriyasız

Sabiq “Qarabağ”lı “Liverpul”un hədəfində

“Liverpul” Alisson Bekkerin zədələnməsindən sonra qapı xəttinə yeni oyunçu almağı planlaşdırır.

“Football365” nəşri yazır ki, Mersisayd təmsilçisinin transfer siyahısına daxil etdiyi 5 qapıçıdan biri “Qarabağ”ın sabiq üzvü Asmir Beqoviçdir.

Hazırda “Bornmut”da çıxış edən 33 yaşlı bosniyalı qolkiperlə yanaşı, Daniel Subaşiç, Mişel Vorm, Rob Elliot və “Aston Villa”dan Oryan Niland da “Liverpul”un maraq dairəsindədir.

Xəbərdə bildirib ki, “Bornmut” “Liverpul”un təklifini nəzərdən keçirməyə hazırdır. Çünki 2017-ci ildə 10 milyon avroya “Çelsi”dən transfer edilən qapıçı mövsümün sonunda azad agent statusu alacaq. Bu isə o deməkdir ki, klub Beqoviçi mövsümün sonuna qədər satmasa, ondan gəlir götürməyəcək.

Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında “Qarabağ”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sədərək” “Sabah”ın sponsoru oldu

admin

“Qarabağ” “Şerif”i belə məğlub etdi (VİDEO)

admin

“Sumqayıt” – “Qarabağ” oyunundan əvvəl musiqili proqram

admin