Dünya futbolu

Sabiq “Qarabağ”lı Portuqaliya klubunda

“Qarabağ”ın sabiq futbolçusu Danilo Dias özünə yeni komanda tapıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu karyerasını yenidən Portuqaliyada davam etdirəcək. Təcrübəli futbolçu yenidən “Unian Madeyra” klubu ilə anlaşıb. Yarımmüdafiəçi köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı futbolçu 2015-2016 mövsümündə də “Unian Madeyra”da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır.

Qeyd edək ki, Danilo Dias “Qarabağ”da 2014-2015 mövsümündə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43