Dünya futbolu

Sabiq “Qarabağ”lı Türkiyə klubunun baş məşqçisi oldu

“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə sabiq koordinatoru Sebaheddin Tekinin yeni iş yeri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, əfsanəvi kapitan Bülənt Qorxmazın bir neçə klubda köməkçisi olan Tekin bundan sonra “Bayburtspor” klubunda çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli mütəxəssinin son iş yeri “Erbaaspor” klubu olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43