Dünya futbolu

Sabiq “Qəbələ”li La Liqa klubunda

Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “Qranada”nı çalışdıracaq.

İdmanxeber.com-un məlumatına görə, ingiltərəli mütəxəssis La Liqa klubunun “sükanı arxası”na keçib.

Ölkə çempionatında uğursuz çıxışdan sonra baş məşqçi Lukas Alkarazı istefaya göndərən rəhbərlik yeni məşqçi axtarışına ehtiyac duymayıb. Belə ki, bu günlərdə kluba idman direktoru təyin olunan Adams baş məşqçi postuna gətirilib.

Toni Adams eyni zamanda “Qranada”nın çinli sahibi Yon Yiana məxsus DDMC şirkətinin də vitse-prezidentidi.

Qeyd edək ki, La Liqanın XXXI turunda evdə “Valensiya”ya 1:3 hesabı ilə məğlub olan “Qranada” hazırda 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43