Dünya futbolu

Sabiq “Xəzər Lənkəran”lı Türkiyə klubundan qovuldu

Türkiyənin “Qaziantepp BB” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, PTT  I liqa təmsilçisinin rəhbərliyi baş məşqçi Oğuz Çətini istefaya göndərib. Onun qovulmasına komandanın uğursuz çıxışı səbəb olub.

Artıq Antep təmsilçisinin yeni baş məşqçisinin adı da bəllidir. Komanda Hüseyin Kalpara tapşırılıb ki, onun məqsədi klubu aşağı liqaya düşməkdən xilas etmək olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi olan Çətin bu ilin fevral ayında “Qaziantepp BB”nin “sükanı arxası”na keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43