Dünya futbolu

Sabri “Qalatasaray”dan getdi

“Qalatasaray” bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, “sarı-qırmızılar” uzun illərdir formasını geydiyi Sabri Sarıoğlu ilə yola davam etməmək qərarı verib. 31 may tarixində müqaviləsi başa çatan 32 yaşlı sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, 44 dəfə Türkiyə millisinin də formasını geymiş təcrübəli futbolçu “Qalatasaray”ın yetirməsidir. 2001-ci ildən “cim bom”un əsas komandasında çıxış edən Sabri 478 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 25 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43