Ölkə futbolu

Sadəcə “Xəzər Lənkəran”a qarşı oynayan futbolçu: “Bizim baş məşqçi heyətdə dəyişikliyi sevmir”

“Çixradze mənə bir dəfə – “Xəzər Lənkəran”la oyunda güvəndi. Həmin matçda da meydana çıxdım. O, mənə güvənməsəydi komandada olmazdım. Burada rəqabət böyükdü”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Simurq”un futbolçusu Rüstəm Məmmədov deyib.

Zaqatala klubunun üzvü geridə qalan 13 tur ərzində “Sumurq”un heyətində cəmi bir dəfə, “Xəzər Lənkəran”la oyunda meydana çıxmışdı. 

Məmmədov qarşıdakı turlarda meydana çıxacağına ümidini itirmir:

“Bizim baş məşqçi heyətdə dəyişikliyi sevmir. Ona görə də, mənə öz vaxtımı gözləmək qalır”.

R.Məmmədov daha sonra qarşıdakı “Sumqayıt”la matça da toxunub:

“Sumqayıt” yaxşı komandadı. Heyətində millinin üzvləri var. Asan olmayacaq, ancaq qələbə qazanmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43