Ölkə futbolu

Sadiku: “Adımın “Qarabağ”la hallanmasını mətbuatda oxumuşam”

Adı “Qarabağ” və “Qalatasaray”la hallanan albaniyalı forvard Armando Sadiku söz-söhbətlərə aydınlıq gətirib.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı forvard yayılan transfer xəbərlərini təkzib edib:

“Adımın “Qarabağ”la hallanmasını mətbuatda oxumuşam, amma mənə Azərbaycan klubunda rəsmi təklif gəlməyib. Məndən bir türk jurnalist də adımın “Qalatasaray”la hallandığını soruşmuşdu. Amma “Qalatasaray”dan da təklif almamışam. Düzdür, hazırda bir neçə klubun maraq dairəsindəyəm. Amma heç bir yenilik yoxdur”.

Qeyd edək ki, Armando Sadiku müqavilə ilə İsveçrənin “Sürix” klubuna məxsusdur. O, son mövsümü icarə əsasında “Vadus” klubunda keçirib.(Qafqazinfo)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43