Kateqoriyasız

Sadio Mane həyat hekayəsini danışıb

“Sürətim Allah vergisidir”

“Liverpul”un ulduz oyunçusu Sadio Mane klub kanalına verdiyi müsahibədə öz həyatından danışıb. Futbolçu doğuldu yerdən ayrılanda 15 yaşının olduğunu bildirib:

“Mən özümü tanıyandan sürətliyəm. Bunun üçün əlavə çalışmamışam. Bu, mənə verilən Allah vergisidir. Dinimə bağlı biriyəm. Hər gün namaz qılar, dara düşəndə Quran oxuyuram. Mümkün qədər İslam dininin qayda-qanununa uyğun yaşamaq  istəyirəm. Sürətli olmağım hər zaman mənim üçün fürsət olub. Həmişə hər yerə hamıdan tez çatmışam. Heç vaxt velosipedim olmayıb. Ancaq, onun əvəzinə Allah mənə sürət verib.

15 yaşımda doğulduğum yeri tərk edib Seneqalın paytaxtı Dakara getdim. Gedəcəyimi heç kim bilmirdi. Atama, anama belə deməmişdim. Əmimgildə 10 nəfərlik bir ailədə böyümüşəm. Heç kim futbolçu olacağıma inanmırdı. 

El Hadji Diouf mənim qəhrəmanımdır. Onun Dünya Çempionatında Fransaya vurduğu qol yadımdadı. O matçı izləmək üçün dərsdən qaçmışdım. Bunun üçün ailəm məni cəzalandırsa da, onun qolunu gördüyüm üçün çox xoşbəxt idim. O, əsil qəhrəmandı. 

Hazırda özümü xoşbəxt hiss edirəm. Hələ də öyrəniləsi çox şey var. 25 yaşında hər şeyi bildiyinizi deyə bilməzsiniz. Peşekarlıq hər şeyə hazır olmağınız anlamına gələr. Bundan sonra irəliyə doğru  gedəcəyimi bilmirəm. Ancaq bunun üçün əlimdən gələn hər şeyi edəcəm”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

APOEL – “Qarabağ”: ehtimal 11-liklər

admin

Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

admin

“Sabah” – “Keşlə”: Start heyətlər

admin