Müsahibə

Sadio Tounkara: “Mənim “Xəzər Lənkəran”la heç bir problemim olmayıb” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkaranın idmanxeber.com saytına müsahibəsi.

– Bugünə kimi harda idin? Komandaya vaxtında qoşulmamağının səbəbi nə idi?

Mən klubu tərk etməmişdim. Sadəcə vətənimdə fərdi məşqlərlə kifayətlənirdim (gülür).

– Sənin menecerin "Xəzər Lənkəran"a qarşı bir çox ittihamlar irəli sürdü, qiymət "oxudu". Ancaq sonucda sən yenə bura qayıtdın.

Bu mənim menecerim ilə komanda arasında olan söz-söhbət idi. Mənim klubla heç bir problemim olmayıb.

– Bu il "Xəzər Lənkəran" daha da iddialı heyət yığıb.  Ancaq 4 turda cəmi bir qələbə qazanılıb. Bu çempionluğu hədəfləyən komanda üçün necə göstəricidi?

Çempionatın əvvəlində həmişə anormallıqlar, çətinliklər olur. Ancaq "İnter"lıə oyunda bu sindromun uzanmasına imkan vermədik. Öz meydanımızda güclü komandanı məğlub etməklə özünəinamı qaytardıq. Qarşıdakı matçlarda biz bunun xeyrini görəcəyik.

– Qarşıdan "Neftçi" ilə prinsipial matç gəlir. Bu haqda nə deyərdin?

Biz ancaq qələbə üçün meydana çıxacağıq. Çünki "İnter"lə oyunda uğursuzluğu dəf edib, komanda ruhunu geri qaytara bildik. Ona görə 3 xalı fikirləşirik.

– "Neftçi" ilə oyunda səni meydanda görəcəyikmi?

Bu baş məşqçinin qərarıdı. O, nə desə elə də olacaq.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43