Ölkə futbolu

Sadıq Sadıqov Ağabala Ramazanovu tənbeh etdi – FOTO

Dünən keçirilən "Xəzər Lənkəran" – "Neftçi" matçından sonra maraqlı olay yaşanıb.

Qarşılaşmadan sonra hər iki klubun prezidentləri, futbolçuları bir-biri ilə görüşüb.

Bu zaman "Neftçi"nin prezidenti Sadıq Sadıqov, bu klubun yetirməsi olan, hazırda isə "Xəzər Lənkəran"ın formasını geyinən Ağabala Ramazanovu tənbeh edib, meydançada etdiyi hərəkətlərinə görə, ona öz narazılığını çatdırıb.

Ramazanov oyunboyu bir-neçə epizodda "Neftçi" futbolçuları ilə mübahisəyə girişmişdi.

Söhbətin sonunda klub prezidenti və futbolçu gülərüz şəkildə görüşüb, yaxşı münasibətdə ayrılıblar.

Həmin söhbətin fotolarını sizə təqdim edirik:

Rekord.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43