Ölkə futbolu

Sadıq Sadıqov jurnalistə acıqlandı: “Gəl poza verim…”

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”la “Böyük oyun”dan sonra klubun avtobusunun kənarında onu görüntüləmək istəyən futbol11.az saytının əməkdaşını necə deyərlər “zəhərləyib”.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun başqanı həmkarımıza qarşı acıqlı şəkildə “Ə, nə çəkirsən? Gəl poza verim, belə çək” –  deyərək, onu acılayıb. 

Deyəsən Sadıqov qazanılan minimal hesablı qələbədən məmnun deyildi. Hər halda, bu belə olmasaydı, o zaman o, matçdan sonra yaxşı əhval-ruhiyyədə olardı, qaş-qabağda yox.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43