Premyer Liqa

Sadıq Sadıqov komandasının “Simurq” üzərindəki qələbəsinə sevinmədi, baş yellədi

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Simurq”la oyundan sonra komandasının paltardəyişmə otağına baş çəkib. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun başçısı futbolçularına baş çəkməyə gedərkən üzündə təbəssüm yox, sanki narahatlıq var idi. Klubun digər rəsmilərinin sevincinə qarşılıq Sadıqov baş yelləməklə kifayətləndi. 

“Neftçi”nin prezidenti Bertuççinin son saniyələrdə boş qapıya zərbə endirməməsinə görə, əsəbləşdiyini güman etmək olar. Əgər braziliyalı futbolçu həmin anda qapı istiqamətinə zərbə endirsəydi, bu zaman fərq ikiyə çatacaqdı və “Neftçi” qələbəsini demək olar ki, tam təmin etmiş olacaqdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43