Milli komanda

Sadıq Sadıqov millinin uğuruna biganə qalmadı və…

Oktyabrın 11-də Şimali İrlandiya yığmasını məğlub edən millimizin bu oyununu izləyənlər arasında “Neftçi”nin prezidenti Sadıq Sadıqov da var idi.

90 dəqiqə boyunca həyəcandan bir yerdə durmayan “ağ-qaralar”ın prezidenti matç bitər-bitməz futbolçuların yanına enib, onları təbrik etdi. “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə idmanxeber.com-a açıqlamasında bildirib ki, Sadıq Sadıqov həminki matçdan sonra bütün milli üzvlərini təbrik edib:

“Milli komanda hər bir kəsin qürur yeridi. Ona görə də, oyunu izləyənlər arasında Sadıq Sadıqov da var idi. O, bu qələbədən sonra bütün futbolçuları təbrik etdi. Təkcə Mahir Şükürovu, Araz Abdullayevi deyil, bütün komanda üzvlərinə sağol deyib, təbrik etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43