Kateqoriyasız

“Sadıq Sadıqovla görüşdən sonra “Neftçi”də qalıb-qalmayacağım bəlli olacaq”

Adı "Araz Naxçıvan"la hallanan "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov komandada qalıb-qalmaması yönündə konkret fikir açıqlamayıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun üzvü ona təkliflərin olduğunu, lakin hər şeyin Sadıq Sadıqovla görüşdə müəyyənləşəcəyi bildirib:

"Mən "Neftçi"də qalacam, ya yox, indidən deyə bilmərəm. Ancaq Sadıq Sadıqovla görüşəcəm. İstəyirəm qalım burada. Lakin hələ tam dəqiq deyil".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43