l Divizion

“Şahdağ”da yeni baş məşqçi

Birinci divizionda çıxış edən “Şahdağ”ın yeni baş məşqçisinin adı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi postunda Kamran Əlibabayev olacaq. Ona komandanın sabiq baş məşqçisi Kamran Nurəhmədov kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Volodya Kopeykin (“Simurq”) olacaq.

Bununla yanaşı, klubun inzibatçısı vəzifəsinə Vahid Həşimov gətirilib. Komanda ilə bağlı bütün işlərə – qalma, qidalanma, sənədləşmə və başqa – məhz o cavabdeh olacaq.

“Şahdağ”ın məskunlaşma məkanı kimi isə “Ümid” mehmanxanası seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43