l Divizion

“Şahdağ”ın futbolçusu “Qaradağ Lökbatan”da

“Şahdağ” klubunda növbəti ayrılıq gerçəkləşib.

İdmanxeber.com-un məlumatına görə, komandanın yarımmüdafiəçisi Haqverdi Həsənov I Divizionda çıxış edən digər kluba – “Qaradağ Lökbatan”a transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Şahdağ”ın digər futbolçusu Sərxan Ağayev bu gün “Şəmkir”ə, Vüqar Əlibabayev isə “Mil-Muğan”a transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43