Müsahibə

Sahib Ələkbərov: “Biz bu təqvimdə yer almaq üçün çox çalışmışıq”

Bu gün mayın 3-də start götürəcək “Tour d`Azerbaidjan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə veloturun vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb:

– “Tour d`Azerbaidjan-2017” artıq Beyənlxalq Velosipedçilər Birliyinin təqvimində layiqli yerini tutub. Yarış həm ölkəmizdə, həm də xaricdə çox tanınır. Bu, həm ölkəmizin, həm yarışın bütün dünyada tanınması deməkdir. Ötən ildən fərqli olaraq, bu il 4-cü mərhələyə dəyişiklik etmişik. Belə ki, yarış artıq Ağsu ərazisindən də keçəcək. Oradakı yollar artıq təmir olunub. Yarışı bütün dünyada yayımlanan “Eurosport” telekanalı ilə təqdim olunacaq.

Təəssüflər olsun ki, Küveytin komandası maliyyə çətinliklərinə görə yarışa qatıla bilmədi. Hazırda 18 ölkədən 22 komanda bu yarışda iştirak edəcək. Yarış Avropanı təmsil etməsinə baxmayaraq, dünyanyın hər bir tərəfindən ölkələr bu yarışda iştirak edir. Ölkəmizi yarışda “Synergy Baku” təmsil edəcək. Komandamız ilboyu uğurlu çıxışı ilə yadda qaldı. Ümid edirəm ki, bu il də onlar uğurlu çıxışını davam etdirəcək. Çalışacağıq ki, gələcəkdə də bu yarışları ölkəmizdə keçirək, davamlı olsun.

– Komandamızdakı gənclərdən hansı nəticəni gözləyirsiz?

– Burada iştirak edən komandalar çox gücldür. Bizim velosipedçilər uğur qazanmağa çalışacaqlar. Bunun üçün uzun illərdir ki, çalışırlar. Biz komandamızdan yaxşı nəticlər gözləyirəm.

– Gələn il ölkəmizdə BMX çemionatı keçiriləcək…

– Bu, veloidmanda ən cavan idman növüdür. Bu çempionat hazırda Amerikada keçiləcək. Biz də orada iştirak edəcəyik. Təəssüflə qeyd etmək istəyirəm ki, bizim bu sahədə təcrübəli idmançılar yoxdu. Amma bizim vətəndaşlar riski sevirlər…

– Maksim Averinin olmaması komandamızın qələbəsinə mane ola bilərmi?

– Düşünmürəm ki, Averinin olmaması komandamızın nəticəsinə təsir etsin. Velosipedçilərimiz çox yaxşı vəziyyətdədir. Averinə gəlincə, onun körpücük sümüyü sınmışdı və buna görə də perparatlardan istifadə etmişdi. Bu da onda dopinq aşkarlanmasına gətirib çıxardı. Buna görə də onu yarışlardan uzaqlaşdırdılar.

– Dopinqə görə apellyasiya şikayəti verəcəksinizmi?

– Xeyr. Maksim özü təsdiq edir ki, mən bu dərmanı içmişəm. Amma bilməyib ki, tərkibində dopinq var. Bu, bilərəkdən atılmış addım deyil…

– “Tour d`Azerbaidjan-2017” hər il mötəbər yarışlarla üst-üstə düşür. Bu yarışın vaxtını dəyişmək fikriniz varmı?

– Belə bir şey mümkün deyil. Bu, Beynəlxalq Velosipedçilər İttifaqının təqvimidir. Biz bu təqvimdə yer almaq üçün çox çalışmışıq. Yarış həm də yaz fəslinin çox gözəl dövrünə təsadüf edir. Fikrimcə, yarışın bu vaxtda keçirilməsi ən doğru seçimdir. Bu, idmançılarımız üçün də yaxşıdır.

– Yerli icra hakimiyyətləri tələb olunan vaxtdan daha çox yolları bağlayır…

– Bilirsiz, təhlükəsizlik çox önəmlidir. Hər komandanın bir neçə avtomobili olur. əgər yollar bağlanılmasa, çox ciddi təhlükələr yarana bilər. Biz bu məsələləri çox müzakirə etmişik və çox xahiş etmişik ki, yollara ciddi nəzarət olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43