Premyer Liqa

Şahin Diniyev: “Heç kim müdafiədə oturmadı”

“Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi. Elə meydanda da maraqlı oyun oldu. Hər iki komanda bir-birinə layiq futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu, heç kim müdafiədə oturmadı. Sadəcə, ikinci qolda mövqe səhvi buraxmağımız bizi xaldan etdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer  Liqanın 14-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“Rəqibə uğurlar arzu edirəm, öz komandamın da oyunundan razıyam. İlk 12-15 dəqiqəni saymasaq, qalan vaxtda komanda öz oyununu göstərə bildi. İlin son oyunu kubok matçı olacaq. Bu görüşə ciddi hazırlaşacağıq, asan qarşılaşma olmayacaq” – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43