Ölkə futbolu

Şahin Diniyev: “Heç vaxt nədənsə şikayətlənməmişəm”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında bunları deyib:

Biz çalışdıq ki, oyunu 85-ci dəqiqəyə qədər 0:0 aparaq. Sonda hücumçularımızla hesabı dəyişək. Müdafiəçilərimizin səhvi nəticəsində qollar buraxdıq. Azarkeşlərimizi qolla sevindirmək istəyərdik amma təəssüf ki alınmadı. Çempionata hazırlaşırıq. Komanda günü-gündən inkişaf edir. Futbolçularıma təşəkkür edirəm. Bu il “Kəpəz” daha güclüdür. Diqqətimiz çempionata yönələcək. 

Rəqib çox güclüdür. “Admira”nın səs-sorağını gələcəkdə çox eşidəcəksiniz. Birinci hissədə buraxılan top oyunun taleyini həll etdi. Futbol təkcə emosiyalar oyunu deyil. Taktika işlətmək lazım idi. Ancaq mən şikayətlənmirəm futbolçulardan. Əlimdən gələnin maksimumundan istifadə etdim. 

Uduzanda mən futbolçularda yox özümdə günah axtarıram. Reallıq göz önündədir. Ebah bağışlanılmaz epizodları qaçırdı. Kimisə qınamaq çox asandır. Oynadıqca daha da öyrəşəcəyik bir-birimizə. Komanda təzədir. Anlaşılmazlıqlar yaşanır arada. Heç vaxt mən nədənsə şikayətlənməmişəm. “Kəpəz”lə bir il ərzində böyük işlər gördük. “Kəpəz” tamam başqa komandaya çevriləcək. 

Bu il heyətimiz nisbətən daha genişdir. Azarkeşlərimiz hər şeyin ən yaxşısına layiqdirlər. Çox istiyərdik ki, Avropa həyəcanı bir həftə daha uzansın. Təəssüf alınmadı. 4 günlük istirahətdən sonra çempionatın hazırlıqlarına başlayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43