Premyer Liqa

Şahin Diniyev: “Hər iki komanda qələbəyə layiq idi”

Premyer Liqanın 19-cu turunda “Kəpəz” səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.com xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib:

–    Maraqlı oyun getdi. Qarşılıqlı hücumlar oldu. Bizim qol vəziyyətlərimiz daha real idi. Komandamın oyunu məni qane etdi. Hər mövqedə 1 futbolçu ilə çıxış etmək çətindir. Hər iki komanda yaxşı oynadı. Əsl derbi idi. “Qarabağ”la oyunda da yaxşı oynamışdıq. Oyunçulara özünəinam hissi lazım idi. Növbəti oyunda daha yaxşı oynayacağıq. Hələ heç nə bitməyib. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə son tura qədər davam edəcək.
–    Komandada nə baş vermişdi ki, bu tura qədər xal qazanmırdı?
–    Fasildən sonra komanda tamam olaraq dəyişmişdi. Əgər komanda daxilində heç nə yox idi. Çox şeylər deyilirdi. Amma qaydasında idi. Ötən il “Lester Siti” İngiltərə çempionu idi, hazırda autsayderdirlər. Ötən il başımızdan yuxarı tullanmışdıq. “Qara zolağ”a düşmüşdük. Məncə, bunda çıxmışıq.

–    Oyunun məntiqli nəticəsi heç-heçə idimi?

–    Hər iki komanda qələbəyə layiq idi.

–    Tadas Simaitis və Serjinyoya cəza vermisiz? Ötən turda da ehtiyatda qalmışdılar.

–    Bu gün futbolda reallıqlar var. Davud da yaxşı qolkiperdi. “Qarabağ”la oyunda yaxşı durmuşdu, haqqını yeyə bilməzdim. Bu gün müdafiəyə diqqət yetirməli idik. Ona görə də Serjinyonu ehtiyatda saxladıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43