Premyer Liqa

Şahin Diniyev: “Hər oyun bizim üçün final matçına bərabərdi”

Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bu oyunun hazırlığını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi kapazpfc.az saytına fikirlərini bölüşüb:

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt” ilə görüşümüz çətin olacaq. Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43