Premyer Liqa

Şahin Diniyev: “Kəpəz” ən lazımsız qarşılaşmasını keçirdi”

Azərbaycan Premyer Liqasıın 15-ci turu çərçivəsində "İnter" "Kəpəz"i qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, matç "İnter"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

"Oyun haqda danışmağa söz tapmıram. "Kəpəz" ən lazımsız futbolunu oynadı. Əgər komanda topu meydandan çıxara bilmirsə, qələbəyə haqqımız yoxdur. Müdafiə bərbad oynadı. Hələ "Kəpəz" belə oyun sərgiləməmişdi. İrəli baxmaq lazımdı. Ümidlər tükənir. Hər hücumda qapımızdan təhlükə olursa danışmağa dəyməz. Ola bilsin səhvim oldu, komanda hələ hazır deyil, ancaq günahların hamısı məndədi onlar pis oynayırsa, deməli mən pis hazırlaşdırmışam".

– Rəqiblər güclənir. Siz komandada nəyə ümid edirsiz?

– Harda yox, necə məşq keçmək vacibdi. Bütün səbəbləri özümdə axtarıram. Əks halda onu tapa bilmərik. Bu, reallıqdır. Əvvəldən bütün sözü demək lazımdı. Ümid sonda ölür. Hamı ümidlidir. Biz sona qədər döyüşəcəyik. Bu, faciə idi. Ancaq nəticə çıxarmaq lazımdır.

– Transfer etmədiniz. "Kəpəz"in büdcəsi o qədər zəifdi ki, yerli futbolçu da ala bilmirsiz?

– Səmimi deyim ki, bəli zəifdi. Hazırki futbolçuların da ödənişini edə bilmirik. Kimisə götürmək üçün kimisə çıxarmalıyıq. Azarkeş iradları da haqlıdı, bunları da qəbul edirəm. Gəncə futbolu hazırda bu durumdadır. Bunu qəbul edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43