Ölkə futbolu

Şahin Diniyev: “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz”

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz” ölkə paytaxtında “Şahdağ”la görüşəcək.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi kapazpfc.az saytına qarşıdakı görüşlə bağlı açıqlama verib:

“Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də “Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var.

Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz.

“Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə “Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kimisə zəif kimi baxsan, oyunda problem ola bilər”.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43