Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ” doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
– Maraqlı oyun oldu. İlk hissədə tempi qoruya bilmədim. 2-ci qol planlarımızı pozdu. “Qarabağ”ı saxlamaq çətin idi. Məğlubiyyətə görə utanmaqa dəyməz. Futbolçulara təşəkkürümü bildirirəm. “Qarabağ”ı udmaqdan danışmaq özü böyük şeydir. Amma qələbə qazanmaq istəyirdik. Yenə deyirəm, utanmağa dəyməz. Çempionatın sonuna az qalıb. Çalışacağ ki, uğurlu oyun sərgiləyək.
– Simaitis də eyni səhvə görə heyətdəki yerini itirdi. İndi Davud Kərimi də eyni səhvi etdi.
– Bu barədə hələ fikirləşməmişik.
– Komandanın hədəfləri nədir?
– Qarşıda 4 oyunumuz var. Şansımızı boşa verməməyə çalışacağıq. İddialarımızı hələ də saxlayırıq. Son nəfəsimizədək mübarizə aparacağıq.
– Erkən qol vurmağınız planlarınızı pozdumu?
– Xeyr. Sadəcə, buraxdığımız qollar acınacaqlı idi.