Ölkə futbolu

Şahin Diniyev rəsmən “Rəvan”da!

“Rəvan” Futbol Klubu baş məşqçi postuna Şahin Diniyevi təyin edib.

Təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb. Başqa sözlə, Diniyev 2015/16 mövsümünün sonuna qədər “Rəvan”ın baş məşqçisi olacaq. Artıq onun rəhbərlik edəcəyi məşqçilər korpusunun tərkibi də müəyyənləşib. Diniyevə Nazim Əliyev və Xaliq Mərdənov kömək edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43