Ölkə futbolu

Şahruddin “Adana Demirspor”dan niyə ayrıldı? – SƏBƏB

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin “Adana Demirspor”dan ayrılmasının səbəbi olub.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik qapıçını komandada saxlamaq istəsə də, oyunçunu razı sala bilməyib.

Şahruddin mövsüm ərzində Adana klubundan yaşanan maliyyə problemlərinə görə oradan ayrılmaq qərarına gəlib. Təcrübəli qolkiper Superliqa klubunda cəmi 4-5 ayın maaşını alması, sonda onun buradan getməsinə səbəb olub. Hazırda da klubun Şahruddinə borcu var.

Xatırladaq ki, “Adana Demirspor”da ötən mövsüm maaşların verilməsində problem yaşanıb. Futbolçular bəzən aylardı əmək haqqlarını ala bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43