Dünya futbolu

“Şahruddin növbəti oyunda da qapıda olacaq” – Murat Sancak

”Adana Demirspor”da çıxış edən Şahruddin Məhəmmədəliyev sonuncu “Alanyaspor”la oyunda səhvləriylə yadda qalıb.

İdmanxeber.az-ın məlumatına görə, bu səhvlərinə görə millimizin qolkiperi fasilədə əvəzlənib. Adana təmsilçisinin prezidenti Murat Sancak Şahruddinin növbəti oyunda da qapını qoruyacağını deyib. O, bu barədə CBC Sport-un canlı yayınında danışıb:

”Yaxşı qapıçılar arada belə qollar buraxır. Bir səhvə görə qapıçını mühakimə etmək düzgün deyil. Şahruddin bizim qapıçımızdır. Növbəti oyunda da qapı ona etibar olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43