Ölkə futbolu

Şahruddin “Sabah”ın siyahısında yoxdur

“Sabah” mövsümün ikinci yarısına da heyətdəki qapıçılarla davam edəcək. Məşqçilər heyəti Yusif İmanovla Nicat Mehbealıyevə güvənir və yeni qolkiper transferinə ehtiyac duymur.

Son günlər sosial şəbəkələrdə Şahruddin Məhəmmədliyevin paytaxt klubuna keçəcəyi vurğulanır. Ancaq yayılan xəbərlər doğru deyil.

Etibarlı mənbədən saytımıza verilən məlumata görə, komandanın transfer siyahısında millimizin üzvünün adı yoxdur. Ümumiyyətlə, yaxın zamanda hər hansı bir qapıçı transferi nəzərdən keçirilmir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43